📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qarabağ” - “Dinamo” matçına nə qədər bilet SATILIB?

2024-08-24 21:17:43

“Qarabağ” - “Dinamo” matçına nə qədər bilet SATILIB?

Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Zaqreb) cavab oyununa bilet satışı davam edir.

Matça 21 mindən artıq bilet satılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.  

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər qarşılaşma üçün biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, avqustun 28-i keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başlayacaq. Xatırladaq ki, ilk oyun Xorvatiya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. \\Redaktor.Az