📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qarabağ” – “Marsel” oyunu üçün ən ucuz bilet 5 manata olacaq

2022-02-12 22:46:00

“Qarabağ” – “Marsel” oyunu üçün ən ucuz bilet 5 manata olacaq

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” və Fransa “Marsel”i arasında keçiriləcək cavab oyununun biletləri fevralın 13-də satışa çıxarılacaq.

Saat 11:00-dan kassalarda olacaq biletlərin qiyməti müvafiq olaraq 5 manat, 15 manat, 40 manat, 75 manat və 100 manat təşkil edir.

Biletləri Respublika stadionun kassalarından saat 11:00-dan 21:00-dək, “Park Bulvar”dakı “Qarabağ” FK-nın Fan-Şopundan saat 11:00-dan 20:00-dək, “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindən saat 10:00-dan 22:00-dək almaq olar.

Eyni zamanda Iticket.az-ın satış məntəqələrində və iticket.az-da onlayn satış təşkil olunacaq.

Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

Qeyd edək ki, görüş saat 21:45-də başlanacaq.

 

Konkret.az