📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qarabağ” – “Viktoriya” oyunu bu kanallarda yayımlanacaq

2022-08-17 20:55:00

“Qarabağ” – “Viktoriya” oyunu bu kanallarda yayımlanacaq

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Viktoriya” (Çexiya) matçı Azərbaycan və Rusiya kanalları vasitəsi ilə açıq yayımda olacaq.

Hurriyyet.az qol.az-a istinadən xəbər verir ki, azarkeşlər matçı Azərbaycanın “CBC Sport” və Rusiyanın “Matç! Futbol1” kanalı vasitəsi ilə canlı yayımda izləyə bilərlər. Türkiyədə isə bu görüş “Exxen TV” vasitəsi ilə yayımda (abunəli) olacaq.

Xatırladaq ki, oyun bu gün Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.