📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qarabağ” 0:6 uduzsa da, bu qədər qazandı

2026-01-29 11:58:27

“Qarabağ” 0:6 uduzsa da, bu qədər qazandı

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” bu nəticəyə görə 1 milyon avro (təxminən 2 milyon 35 min AZN) əldə edib.

“Qafqazinfo” xəbər verir ki, ağdamlılar “Liverpul”a 0:6 hesabı ilə uduzmasına baxmayaraq büdcəsini zənginləşdirə bilib. 

Qeyd edək ki, bundan öncə “Qarabağ” nəticələrə görə 30 milyon 770 min avro, yəni təxminən 61,4 milyon manat qazanmışdı. Hazırda bu məbləğ 31 milyon 770 min avroya çatıb.

Elsevər Məmmədov