📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qarabağ" 1,5 milyon dollarlıq transferə hazırlaşır

2022-11-25 20:25:00

“Qarabağ” klubu heyətinə yeni futbolçu qatmağı planlaşdırır.

Qurban Qurbanov komandasını sol ayağı işlək olan sağ cinah yarımmüdafiəçisi ilə gücləndirmək istəyir.

Belə ki, Ağdam təmsilçisi axtardığı oyunçuya görə 1,5 milyon dollar xərcləməyə hazırdır. Bu məbləğ klub tarixində rekord göstəricidir. “Qarabağ”ın ən bahalı transferi 2018-ci ildə 1 milyon dollara “Lans”dan cəlb edilən Abdulla Zubirdir.\\Sportlife.az