📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qarabağ" "Aberdin"i məğlub etdi

2021-08-19 22:07:00

Bakıda "Qarabağ" və Şotlandiyanın "Aberdin" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu keçirilir.

Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

30-cu dəqiqədə Ağdam təmsilçisinin heyətində Xayme Romero topu rəqib qapıdan keçirib.

Komandalar fasiləyə yollanıblar.

***

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda Şotlandiyanın "Aberdin" klubu ilə üz-üzə gəlib.

Matçı sloveniyalı Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı bir həftə sonra Şotlandiyada olacaq. \\Axar