Qarabağ Azadlıq Təşkilatı partiya oldu - SON DƏQİQƏ
2022-08-16 16:30:00
Qarabağ Azadlıq Təşkilatı (QAT) İdarə Heyətinin qərarına uyğun olaraq təşkilatın partiyaya çevrilməsi üçün qurultay çağırılıb.
Hurriyyet.az xəbər verir ki, QAT-ın yenidən təşkilinə dair qurultay 17 avqust 2022-ci il tarixində, saat 11.00-da Bakı şəhəri Badamdar qəsəbəsinin Mədəniyyət Evinin iclas zalında işinə başlayacaq.
Qurultay nümayəndələrinin qeydiyyatı saat 10.00-da başlayacaq.