📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qarabağ" azarkeşləri hücuma məruz qaldı - VİDEO

2022-10-07 00:17:00

Yunanıstanda "Olimpiakos"la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununu izləmək üçün stadiona gələn "Qarabağ" azarkeşləri hücuma məruz qalıb.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Axar.az-a verdiyi məlumata görə, 20-yə yaxın tərəfdar yerli fanatların təzyiqi ilə üzləşib.

Yalnız polislərin müdaxiləsindən sonra azarkeşlərin təhlükəsizliyi təmin olunub. İnsidentin qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edilib.

"Qarabağ"ın məsələyə qarışmasından sonra isə tərəfdarlar daha təhlükəsiz sektora keçirilib.