📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qarabağ Azərbaycan ərazisi kimi tanınıb”, “O vaxt BMT-nin 4 qətnaməsinin kağızda qalacağını güman edirdik” – Paşinyan

2023-01-10 14:16:00

“Qarabağ Azərbaycan ərazisi kimi tanınıb”, “O vaxt BMT-nin 4 qətnaməsinin kağızda qalacağını güman edirdik” – Paşinyan

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan beynəlxalq ictimaiyyətin Qarabağı Azərbaycan ərazisi kimi qəbul elədiyini bəyan edib. O, bu gün keçirdiyi mətuat konfransında deyib: “Bu gün də, dünən də beynəxalq ictimaiyyət Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Ola bilsin ki, biz BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini sadəcə kağız üzərində qalmış, bizim fikir verməyə biləcəyimiz mətnlər olduğunu hesab edəndə praqmatik olmamışıq”.

O, “Ermənistanın təhlükəsizlik sahəsində ciddi problemləri” olduğunu söyləyib. Paşinyan deyib: “Lakin biz bu problemlərin həlli üçün hər şeyi edirik. Regionda sülh üçün bizim Silahlı Qüvvələrimizin hərbi qabiliyyətinin olması vacibdir. Lakin sülhü təkcə bununla təmin eləmək olmaz”. O, regionda sülh məsələsinin reallaşmasının əhəmiyyətini qeyd edib.

Hürr Tərcüman