📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“QARABAĞ AZƏRBAYCANDIR!” - Fransalı senator azərbaycanlı deputatın paylaşımına şərh yazdı

2023-09-28 15:58:12

“QARABAĞ AZƏRBAYCANDIR!” - Fransalı senator azərbaycanlı deputatın paylaşımına şərh yazdı

Fransa Senatının üzvü Natali Qule Milli Məclisin üzvü Vüqar Bayramovun “X” sosial şəbəkəsindəki paylaşımına şərh yazıb.

Hurriyyet.az xəbər verir ki, millət vəkili postunda Qarabağın işğal dövründən bəhs edib:

“1993-cü ildə kəndimiz Ermənistan tərəfindən işğal ediləndə mənim 18 yaşım var idi. Kiçik qardaşlarım və mən Bakının Dərnəgül qəsəbəsində yerləşən bu yataqxanaya sığındıq. Təkcə kəndimiz və Füzuli deyil, Qarabağda yerləşən 7 rayon 30 illik erməni işğalı zamanı tamamilə dağıdılıb xarabalığa çevrildi. 1989-1993-cü illərdə 1 milyona yaxın Azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Biz indi geri dönürük: tamamilə dağılmış kəndlərin və şəhərlərin yenidən qurulması və inkişafı üçün”.

Fransalı sentaor isə qeydində yazıb: “Mən o yeri tanıyıram. Vətənə xoş gəldiniz, Qarabağ Azərbaycandır!”

 

 

“AzPolitika.info”