"Qarabağ bir daha əsarət altına düşməyəcək" - Türkiyə PA-nın idarə rəisi
2022-11-08 14:28:00
"Bu gün bəzi adamlar zəfərimizə (Azərbaycanın Qarabağda qazandığı zəfər - red) kölgə salmağa çalışırlar".
Hurriyyet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.
O bildirib ki, müharibə dövründə Azərbaycan Ordusuna qarşı qara piar aparılıb:
"Bəziləri Azərbaycan xalqının məruz qaldığı zülmləri görməzdən gəlir. Biz bu dezinformasiyalara icazə verməyəcəyik. Qarabağ zəfərini musiqidə, kinoda, ədəbiyyatda - hər yerdə yaşadacağıq. Bu gün Qarabağ azaddır və bir daha əsarət altına düşməyəcək".
report.az