"Qarabağ" braziliyalı futbolçu transfer edir - FOTO
2023-08-22 19:23:06
"Qarabağ" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Ağdam təmsilçisi Braziliyanın "Koritiba" klubundan Qabriel Boşilianı sıralarına qatmağa hazırlaşır. Artıq məşhur "Transfermarkt" portalı Azərbaycan klubunun 27 yaşlı yarımmüdafiəçi ilə maraqlandığını göstərib.
"Qarabağ"ın sözügedən futbolçu üçün "Koritiba"ya 200 min avro ödəyəcəyi gözlənilir. \\Offsideplus.az