📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qarabağ" bu futbolçunun keçidini həll etdi - ÖZƏL

2024-01-04 19:20:54

Premyer Liqanın ilk yarısını lider olaraq tamamlayan "Qarabağ" ilk transferini həyata keçirib. 

"Köhlən atlar" Aleksey İsayevi rəsmən transfer edib. Ağdam təmsilçisi bunun üçün "Sabah"a 500 min dollar ödəniş edib. 

Millimizin üzvü yeni komandası ilə 3,5 illik müqavilə imzalayıb. Alekseyin sözləşməsində sərbəst qalmaq bənddi yoxdur. Futbolçunu başqa klub transfer etmək istəsə, birbaşa "Qarabağ"la danışıq aparmalıdır. 

Qeyd edək ki, Aleksey İsayevin keçidi yaxın vaxtda ictimaiyyətə açıqlanacaq.\\Offsideplus.az