📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qarabağ" Elvin üçün klublara 2 fərqli qiymət deyəcək

2026-04-23 21:33:34

​"Qarabağ" klubunda son günlərin ən çox müzakirə edilən mövzusu olan Elvin Cəfərquliyevlə bağlı yeni detallar məlum olub.

Hurriyyet.az xəbər verir ki, intizamsızlıq səbəbindən əsas heyətdən uzaqlaşdırılaraq əvəzedici komandaya göndərilən milli üzvü üçün rəhbərlik satış qərarı verib.

​Lakin Ağdam təmsilçisi transfer bazarında maraqlı taktika izləyəcək. Klub Elvin üçün müştəri çıxan tərəflərə iki fərqli qiymət təqdim edəcək. (Offsideplus.az)