📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qarabağ” Elvini satışa çıxardı

2026-04-21 15:20:24

“Qarabağ” Elvini satışa çıxardı

Bir neçə gün əvvəl Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyevlə bağlı mühüm qərar verilib. 

Hurriyyet.az Sportal.az-a istinadən xəbər verir ki, "Qarabağ" klubu millimizin üzvünü satışa çıxarıb.

Artıq bununla bağlı həm futbolçunun özünə, həm də menecerlərə məlumat verilib. "Qarabağ" yayda onu satmağa hazırdır. 

Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduqları üçün əsas heyətdən uzaqlaşdırılıblar.