Qarabağ erməniləri kütləvi şəkildə Ermənistan vətəndaşlığına keçirlər
2024-09-28 10:05:50
27 sentyabr 2024-cü il tarixinə 3200-dən çox Qarabağ ermənisi Ermənistan vətəndaşlığını qəbul edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin rəis müavini Nelli Davtyan bildirib.
Onun sözlərinə görə, ümumilikdə 4918 nəfər vətəndaşlıq almaq üçün müraciət edib, daha sonra 83 nəfər ərizəsini geri götürüb.
Davtyan qeyd edib ki, müvəqqəti müdafiə statusu almaq üçün Qarabağ ermənilərindən də miqrasiya orqanlarına 112 233 müraciət daxil olub./musavat.com/