"QARABAĞ ERMƏNİLƏRİ ÜÇÜN 40 MİNDƏN ÇOX YER HAZIRLAMIŞIQ" - Paşinyan
“Qarabağdan olan soydaşlarımızın orada qalması qeyri-mümkün olarsa, onlar Ermənistana aparıla bilər”
Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.
“Biz başa düşürük ki, hazırda belə bir çıxılmaz durum mövcuddur. Vəziyyət düzəlməsə, hamımızın gündəmində bu məsələ olacaq. Sentyabrın 19-da, yəni hərbi əməliyyatlar başlayan gün mən Baş nazirin müavini Tiqran Xaçatryana tapşırmışdım ki, soydaşlarımızı necə, harada və nə ilə dəstəkləyəcəyimizi hökumət nümayəndələri ilə müzakirə etsin. Ermənistana mümkün axın olacağı təqdirdə 40 mindən çox yer hazırlanıb, söhbət yaşayış yerlərindən, eləcə də səhiyyə və qida təminatından gedir. Bu, Qarabağdakı nümayəndələrlə razılaşdırılmış mövqedir. Bizim A planımız erməniləri Qarabağdan çıxarmaq deyil, biz hər şeyi etməliyik ki, soydaşlarımız öz evlərində qorxmadan yaşamaq imkanı əldə etsinlər”, - Paşinyan deyib.
“AzPolitika.info”