📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağ erməniləri yenə qazsız qaldı-səbəb

2022-04-02 16:33:00

Qarabağ erməniləri yenə qazsız qaldı-səbəb

Aprelin 2-də yol tikintisi işləri zamanı Gorus-Qafamn-Kacaran qaz kəmərinin 13,5 kilometrlik hissəsi sıradan çıxıb.

 

Hurriyyet.az bildirir ki, bu barədə “Qazprom Ermənistan” QSC-nin yaydığı məlumatda deyilir. Açıqlamada daha sonra bildirilir: “Saat 11:10-dan etibarən Sünik (Zəngəzur-M.) rayonunun Gorus və Qafan şəhərlərinə, Gorus və Qafan bölgəsindəki yaşayış məntəqələrinə, eləcə də  Qarabağa qaz verilişi qəzadan sonra təmir işlərinin aparılması üçün dayandırılıb. Qəza təmir işlərinin başa çatma vaxtı barədə əlavə məlumat veriləcək”.
 

Qeyd edək ki, Qarabağ erməniləri işğal dövründə Ermənistandan qanunsuz çəkilmiş qaz kəməri hesabına müvəqqəti təmin olunur. Martın 8-də Şuşa yaxınlığında baş vermiş qəzanı “Azəriqaz” 29 martda aradan qaldırmışdı.