“Qarabağ” hesab fərqini 3 topa çatdırdı - YENİLƏNİB- VİDEO
Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda növbəti qol vurulub.
"Köhlən atlar" hesab arasındakı fərqi üç topa çatdırıb - 3:0.
Komandanın heyətində 72-ci dəqiqədə Marko Yankoviç fərqlənib. \\Redaktor
***
Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda növbəti qol vurulub.
"Köhlən atlar" hesab arasındakı fərqi iki topa çatdırıb - 2:0.
Komandanın heyətində 65-ci dəqiqədə Abdullah Zubir fərqlənib. \\Redaktor
***
Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda hesab açılıb.
"Köhlən atlar"ın heyətində Kvabena Ovusu 60-cı dəqiqədə fərqlənib. \\Redaktor
***
Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda ikinci hissə başlayıb.
Qarşılaşmada hesab açılmayıb. \\Redaktor
***
Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu başlayıb.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də start götürüb.
Görüşü Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edir.
G qrupunun digər matçında "Olimpiakos" "Frayburq"u qəbul edir. "Nant" ilk turda Yunanıstan "Olimpiakos"unu məğlub edib - 2:1. "Qarabağ" isə Almaniyada "Frayburq"a eyni hesabla uduzub.\\Redaktor