📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qarabağ" hesabı açdı - Yenilənir - VİDEO

2023-12-01 00:20:31

"Qarabağ"la "Molde" klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda hesab açılıb.

"Report"un Norveçə ezam olunmuş əməkdaşının məlumatına görə, "Aker" stadionunda təşkil olunan qarşılaşmada ilk qolu Azərbaycan təmsilçisi vurub.

Qonaq komandanın heyətində 11-ci dəqiqədə Juninyo fərqlənib.

-------

00:01

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilir.

Hurriyyet.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" qrupda əsas rəqibi olan "Molde" ilə Norveçdə qarşılaşır.

Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayıb.

Bu görüş 6 xalı olan hər iki komanda üçün qrupdan çıxmaq baxımından çox vacibdir. "Qarabağ" "Molde"yə qalib gələrsə, pley-offa vəsiqəni təmin edəcək. "Molde" isə pley-offa vəsiqəni rəsmiləşdirmək üçün Ağdam təmsilçisini 2 top fərqi ilə məğlub etməlidir.

"Qarabağ"la "Molde"nin qrupun ilk turunda Bakıda keçirdikləri matçında Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

H qrupunun digər oyununda "Hekken" (İsveç) "Bayer"i (Almaniya) qəbul edir.

30 noyabr

UEFA Avropa Liqası

Qrup mərhələsi, 5-ci tur

00:00."Molde" (Norveç) - "Qarabağ" (Azərbaycan) - 0:0 (Birinci hissə)

Baş hakim: Erik Lambrexts (Belçika) 

Norveç. Molde stadionu

00:00. "Hekken" (İsveç) - "Bayer" (Almaniya)