📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qarabağ" italiyalı hücumçuya rəsmi təklif göndərib? - Meneceri açıqladı

2023-01-19 19:11:00

"Qarabağ" klubunun İtaliyanın “Audako Çerinyola” komandasının futbolçusu Cankarlo Malkore ilə maraqlandığı ilə bağlı xəbər vermişdik.

29 yaşlı hücumçunun meneceri Luici Romano Azərbaycandan iki menecerin 

"Azərbaycandan 2 menecer mənə zəng etmişdi. Onlar "Qarabağ"ın Cankarlo Malkore ilə maraqlandığını bildirdilər və şərtlərimizi öyrəndilər. Ancaq hələ heç bir rəsmi təklif almamışıq. Avropa və Asiyanın digər klubları ilə də danışıqlar gedir".

İtaliya mətbuatının yaydığı məlumata görə, futbolçu ilə SPAL, “Modena”, Kiprin “Apollon” (Limassol), APOEL və Rumıniyanın ÇFR klubları da yaxından maraqlanır.

Qeyd edək ki, “Leççe”nin yetirməsi olan Cankarlo Malkore C seriyası təmsilçisinin heyətində 50 oyun keçirib, 40 qol vurub.

 

a9b2ffb6eff6a493527853c6c71ee6bb 69278 oooz0000

Offsideplus.az