📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qarabağ" məğlub oldu

2026-02-05 16:42:52

Azərbaycan kubokunda 1/4 finalın ilk oyunları davam edir.

Publika.az xəbər verir ki, bu gün daha bir oyun keçirilib. "Qarabağ" Şamaxıda eyniadlı komandanın qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

"Şamaxı"nın heyətində Kərim Rossi dulb edib. Ağdam klubunun yeganə qoluna isə Musa Qurbanlı imza atıb.

1/4 finalın ilkin oyunlarına bu gün yekun vurulacaq. Son maçtda "Turan Tovuz" "Kəpəz"lə üz-üzə gələcək. Saat 19-da başlayacaq görüş Bakıdakı "Azərsun Arena"da keçiriləcək.

Azərbaycan kuboku: 1/4 final, ilk oyunlar
5 fevral
Şamaxı – Qarabağ 2:1
Qollar: 
Kərim Rossi, 26; 41 - Musa Qurbanlı, 79.

19:00 Turan Tovuz – Kəpəz