"Qarabağ" "Neftçi"ni məğlub edib
2026-04-26 21:51:39
Azərbaycan Premyer Liqasında “Qarabağ” səfərdə “Neftçi” üzərində inamlı qələbə qazanıb.
Hurriyyet.az xəbər verir ki, görüş 5:1 hesabı ilə Ağdam təmsilçisinin xeyrinə başa çatıb.
Musa Qurbanlı 9 və 32-ci dəqiqələrdə dubl edərək komandasını önə çıxarıb. Daha sonra Conatan Montiel 38-ci dəqiqədə fərqi artırıb.
İkinci hissədə “Qarabağ”ın üstünlüyü davam edib. Leandro Andrade 68-ci dəqiqədə dördüncü, Emmanuel Addai 90+3-cü dəqiqədə beşinci qolu vurub.
“Neftçi”nin yeganə qolunu isə 21-ci dəqiqədə Elvin Bədəlov vurub.