📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qarabağ” “Nyukasl”a qarşı - Start heyətlər

2026-02-18 21:35:07

“Qarabağ” “Nyukasl”a qarşı - Start heyətlər

Bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycan təmsilçisi “Qarabağ” İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq.

“Qafqazinfo” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

***

Komandaların start heyətləri açıqlanıb:

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Marko Yankoviç, Leandro Andrade, Coni Montiel, Abdullah Zubir (k), Kamilo Duran.

Baş məşqçi: Qurban Qurbanov.

“Nyukasl”: Nik Poup, Lyois Holl, Den Bern, Malik Tşau, Kiran Tripper (k), Co Uillok, Nik Voltemade, Sandro Tonali, Xavri Barns, Entoni Qordon, Antoni Elanqa.

Baş məşqçi: Eddi Hau.