📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qarabağ" onu saxlaya bilməyəcək, baha qiymətə satacaq” - VİDEO

2024-03-13 19:57:55

"Qarabağ" Juninyonu baha qiymətə satacaq”.

Futbol eksperti Emin Abbasov bu iddia ilə çıxış edib.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində braziliyalı hücumçunun “Bayer”lə qarşılaşmadakı perfornansını dəyərləndirib.

Bildirib ki, “sambaçı” tipik “10 nömrə”dir və indiki zamanda belə oyunçular az tapılır. Juninyonun uzun sürən axtarışın nəticəsi olaraq

“Qarabağ”a seçildiyini qeyd edən tanınmış teleicmalçı deyib ki, “köhlən atlılar” onu saxlamağa çətinlik çəkəcək:

“Juninyo ən azı 1 il də burada qalsa, “Qarabağ” satıb yaxşı pul qazanacaq. Bu cür hücumçular defisitdir”.