📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qarabağ" "Qalatasaray"la oyunda yığılan məbləği Türkiyəyə göndərə bilmir - SƏBƏB

2023-04-01 21:25:00

Bakıda "Qarabağ" və "Qalatasaray" klubları arasında keçirilən xeyriyyə matçından (1:2) yığılan vəsait hələ də Türkiyəyə göndərilməyib.

Hurriyyet.Az-ın məlumatına görə, buna səbəb vergi problemidir.

Belə ki, Ağdam klubu həm bilet satışı, həm də reklam gəlirlərindən toplanan məbləğin göndərilməsi üçün hələ ki Dövlət Vergi Xidməti ilə razılıq əldə edə bilmir.

Əgər bu məsələ həllini taparsa, məbləğ Türkiyədə baş verən dəhşətli zəlzələdən zərər çəkən şəxslərə yardım məqsədilə ianə olunacaq.\\Pressing.Az