📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağ Qazisi əlillik dərəcəsi ALA BİLMİR... - GİLEY

2022-03-15 13:40:00

Qarabağ Qazisi əlillik dərəcəsi ALA BİLMİR... - GİLEY

 İmişli Rayon Qızılkənd kənd sakini Zamanov Həsən Fərhad oğlu 44 günlük Vətən savaşı iştirakçısıdır. DİA.AZ bildirir ki, o da bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətçidir.

Qarabağ Qazisinin redaksiyamıza ünvanladığı müraciəti təqdim edirik: "Mən 44 günlük Vətən müharibəsinin könüllü qazisiyəm. Ağciyərimdən (qarşıq tipli əhəmiyətli ventelsasiya pozguntusu) ilə yaralanmışam. Partlayış "travma"sı olub. Üzvü emosianal labil pozuntusu, şəxsiyət pozuntusu, üzvü disseosativ pozuntusu ilə 14B, 83B maddəsinə əsasən diaqnoz qoyulub.

Amma çox təəssüf ki bugünə kimi əlilliymi təyin edilmir".

Hurriyyet.az bildirir ki, Fərhad Zamanov müraciətinin sonunda ölkə rəhbərliyindən ona kömək edilməsini, əlillik dərəcəsinin verilməsini xahiş edir.