📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağ “rəhbərliyi” Bərdədə görüş keçirəcək

2023-08-22 09:19:04

Qarabağ “rəhbərliyi” Bərdədə görüş keçirəcək

Yaxın günlərdə separatçı rejimin "rəhbərliyi" Azərbaycan tərəfi ilə Bərdədə görüşəcək.

Hurriyyet.az "Faktinfo.am"a istinadla xəbər verir ki, bu barədə separatçı rejimin "müxalifət dairələri"ndəki mənbələr məlumat verib.

Erməni nəşri qeyd edir ki, onlar Qarabağdakı mövcud vəziyyətdən iki çıxış yolu görürlər: ya Arayik Arutyunyan təcili olaraq “istefa verməlidir”, ya da Qarabağ ermənilərinə Ağdam vasitəsilə ərzaq tədarükü başlayacaq.

KİV əlavə edib ki, Arutyunyanın istefaya getmək fikri olmayıb, ona görə də indi Ağdam vasitəsilə ərzaq məhsullarının idxalı məsələsi gündəmdədir.

Məlumata görə, Qarabağda “hökumət”in nəzdində komissiya yaradılıb və yaxın günlərdə  Azərbaycan tərəfi ilə görüşə gedəcək. Böyük ehtimalla görüş Bərdə şəhərində baş tutacaq.