📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qarabağ" rəsmən açıqladı: YENİ MÜQAVİLƏ

2024-02-03 00:02:21

“Qarabağ” klubu futbolçusu ilə yeni müqavilə bağlayıb.

Ağdam təmsilçisi Leandro Andrade ilə sözləşməni yeniləyib.

Klub və kabo-verdeli yarımmüdafiəçi arasında anlaşma 2027-ci il iyunun 30-dək uzadılıb.

24 yaşlı futbolçu 2022-ci ilin yanvarından Ağdam klubunun formasını geyinir. Andrade “Qarabağ”ın heyətində 86 oyun keçirib və 22 qol vurub. O, Premyer Liqada 55 (16 qol), kubokda 8 (1 qol), avrokuboklarda 23 (5 qol) matçda iştirak edib.

Qeyd edək ki, Leandro “Qarabağ”ın heyətində iki dəfə (2021/22, 2022/23) Azərbaycan çempionu, bir dəfə (2021/22) ölkə kubokunun qalibi olub. \\Offsideplus.az