📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qarabağ” rəsmi fanşopunun yerini və tarixlərini açıqladı - Azarkeşlərin nəzərinə!

2026-09-22 20:12:40

“Qarabağ” rəsmi fanşopunun yerini və tarixlərini açıqladı - Azarkeşlərin nəzərinə!

“Qarabağ” futbol klubunun rəsmi fanşopu sentyabrın 23-dən 26-dək “Park Bulvar” Ticarət Mərkəzində fəaliyyət göstərəcək.

Hurriyyet.media  xəbər verir ki, bu barədə Ağdam təmsilçisi rəsmi sosial şəbəkə hesablarında məlumat yayıb.

Bildirilib ki, dörd gün ərzində “Park Bulvar” AVM-in 1-ci mərtəbəsində qurulacaq xüsusi stenddə azarkeşlər komandanın orijinal məhsullarını və atributlarını əldə edə biləcəklər.

Klub rəhbərliyi bütün azarkeşləri fanşopa dəvət edərək “Qarabağ”a olan bağlılıqlarını nümayiş etdirməyə çağırıb.