📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qarabağ" "Şamaxı"nı məğlub etdi - Yeniləndi

2026-02-10 17:03:54

"Qarabağ" Misli Premyer Liqasının XIX turunda "Şamaxı"nı məğlub edib.

Publika.az xəbər verir ki, Şamaxı şəhər stadionundakı qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qarabağ”ın qollarını Joni Montiel və Kamilo Duran vurub. “Şamaxı”nın heyətində isə Oruc Məmmədov fərqlənib.

Turun son qarşılaşmasında isə "Neftçi" "Qəbələ"ni qəbul edəcək. Matç saat 19:00-da start götürəcək.

xxx

Misli Premyer Liqasının 19-cu turunda keçirilməli olan “Şamaxı” – “Qarabağ” keçirilir.

Publika.az xəbər verir ki, matçın start fiti 14:50-da verilib.

Şamaxıda isə qarlı hava şəraiti davam edir.

Misli Premyer Liqası
19-cu tur
10 fevral

“Şamaxı” – “Qarabağ” 1:1
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev.
Şamaxı şəhər stadionu, 14:50.