📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qarabağ” “Şamaxı”ya qarşı

2026-08-17 12:33:26

“Qarabağ” “Şamaxı”ya qarşı

Bu gün Misli Premyer Liqasının 2026/27 mövsümündə 1-ci tura yekun vurulacaq.

Hurriyyet.Media  xəbər verir ki, son gündə bir oyun baş tutacaq.

“Qarabağ” “Şamaxı” ilə qarşılaşacaq. Mərkəzi arenada keçiriləcək oyunu Rəvan Həmzəzadə idarə edəcək.

Xatırladaq ki, ilk turun əvvəlki oyunlarında “Turan Tovuz” “Qəbələ”yə (1:0), “Sabah” “Kəpəz”ə (2:0), “Zirə” “Şəfa”ya (2:0) qalib gəlib. “Araz-Naxçıvan” – “İmişli” matçı qolsuz bitibsə, “Sumqayıt” “Neftçi”yə (1:3) məğlub olub.

Misli Premyer Liqası
1-ci tur
17 avqust

“Qarabağ” – “Şamaxı”

Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Şirmamed Mamedov, Cavid Cəlilov

VAR: İnqilab Məmmədov

AVAR: Kərim Zeynalov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.