📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağ separatçıları 3 yerə bölündü

2023-04-28 10:24:00

Qarabağ separatçıları 3 yerə bölündü

Xankəndidəki separatçıların “daxili siyasi” həyatında ciddi gərginlik hökm sürür. Bu günlərdə Qarabağdakı separatçılar arasında üç cəbhə yaranıb – Araik Arutyunyan, Samvel Babayan və Ruben Vardanyan.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

“Babayan və Vardanyan demək olar ki, hər gün müxtəlif “siyasi qüvvələrlə”, Qarabağ ermənilərilə görüşlər keçirir, bir sözlə, mövqelərini möhkəmləndirməyə, özlərinə möhkəm dayaq yaratmağa çalışırlar. Bu məsələdə ən fəal olan Babayandır”, - məlumatda deyilir.