📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“QARABAĞ TAMAMİLƏ AZƏRBAYCANIN NƏZARƏTİNDƏDİR” – Vardanyan ermənilərin “depressiyada olduğunu” deyir

2023-09-23 16:46:40

“QARABAĞ TAMAMİLƏ AZƏRBAYCANIN NƏZARƏTİNDƏDİR” – Vardanyan ermənilərin “depressiyada olduğunu” deyir

Rusiyanın Qarabağdakı emissarı, erməni milyarder Ruben Vardanyan “France24” kanalına açıqlama verib.

Hurriyyet.az xəbər verir ki, qondarma rejimin sabiq “dövlət naziri” olmuş, hazırda isə Xankəndidə hansısa “siçan deşiyində” gizlənən Vardanyan həmişəki kimi Azərbaycanın ünvanına şər-böhtan yağdırıb. Ancaq bununla yanaşı, Vardanyan jurnalistin sualına cavab olaraq, artıq Qarabağın tamamilə Azərbaycanın nəzarətində olduğunu etiraf edib. Daha əvvəlki açıqlamalarında uydurma “etnik təmizləmə”, “soyqırım” nağılları danışan Vardanyan bu dəfə yerli erməni əhalisinin “depressiyada olduğunu” söyləyib.

Rusiya sülhməramlılarının nədən Azərbaycanın anti-terror əməliyyatına müdaxilə etməməsinə dair sualına isə Vardanyan belə cavab verib: “Sülhməramlılar humanitar yardım göstərməyə çalışırdılar, amma müharibəni dayandırmağa cəhd etmirdilər. Yeri gəlmişkən, sülhməramlıların da bir hissəsi(?) Azərbaycan Ordusu tərəfindən öldürülüb. Aydın məsələdir ki, 2 min nəfərlik sülhməramlı 60 minlik Azərbaycan Ordusunu dayandıra bilməzdi”.

Moskvanın hərəkətlərinə və Rusiya hərbi kontingentinə haqq qazandırmağa çalışan Vardanyan bununla da növbəti dəfə Qarabağda kimin sifarişlərini yerinə yetirdiyini göstərmiş olub.

“AzPolitika.info”