📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağ Universiteti Enactus Azərbaycan Milli Yarışının qalibi oldu

2025-08-16 21:17:20

Qarabağ Universiteti Enactus Azərbaycan Milli Yarışının qalibi oldu

Qarabağ Universiteti 2025-ci il Enactus Azərbaycan milli yarışının qalibi olub.

Bu barədə Universitetin rektoru Şahin Bayramov sosial şəbəkə hesabından paylaşım edib.

Məlumata görə, ənənəvi olaraq keçirilən yarışda Qarabağ Universiteti ilk dəfə təmsil olunub.

Qarabağ Universitetinin Enactus komandası cari ilin sentyabrında Tailand Krallığında keçiriləcək 2025-ci il Enactus Dünya Kubokunda ölkəmizi təmsil edəcək. \\Cebheinfo.az