📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağ Universitetinə ilk vakansiya elan edildi

2024-02-28 20:43:04

Qarabağ Universitetinə ilk vakansiya elan edildi

Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib.  

Hurriyyet.Az xəbər verir ki, tələblərə cavab verən namizədlər müraciətlərini  [email protected] elektron poçt ünvanına göndərə bilərlər. 

Vakansiya üzrə son müraciət tarixi 15 mart 2024-cü ildir.

Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.