📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qarabağ” və “Neftçi”nin maraqlandığı oyunçu: “Hələlik burdayam”

2025-01-21 19:45:33

“Qarabağ” və “Neftçi”nin maraqlandığı oyunçu: “Hələlik burdayam”

Qış "transfer pəncərəsi"nin başlaması ilə birlikdə dedi-qodular da artmaqdadır.

Belə söz-söhbətlərdən biri də “Qarabağ” və “Neftçi”nin Elvin Bədəlovla maraqlanması ilə bağlıdır. 

"Sumqayıt"ın kapitanı məsələ əlaqədar saytımıza açıqlamasında bunları söylədi: 

"Yayılan məlumatlar həqiqəti əks-etdirmir. Şayiədir. Reallıq odur ki, mən “Sumqayıt”dayam. Gələcəkdə nəsə baş verəcəksə, bunu hər kəs biləcək. Amma hələlik buradayam." \\Offsideplus.az