📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağ xalçaları 44 günlük savaş gedişində oğurlanıb Ermənistana daşındı

2022-02-09 13:14:00

Qarabağ xalçaları 44 günlük savaş gedişində oğurlanıb Ermənistana daşındı

Ermənilərin Qarabağla bağlı bəd əməmlləri ifşa olunarkən onların islah olunacağına, dəyişəcəyinə və bizimlə sülh və əminamanlıq içində yaşaya bilmək qabiliyyətini əldə edəcəklərinə ümidlər daha çox qaranlığa gömülür. Məlumdur, millət olaraq erməni oğruluğundan ən çox əziyyət çəkən toplum olmuşuq. Son günlərdə ermənilər tərəfindən Azərbaycana qarşı mədəniyyət və tarix müstəvisində açılmış savaş daha da vüsət alır.

Belə ki, Eçmiədzin Azərbaycanı "növbəti antierməni təşəbbüsü"ndə ittiham etdi. Bəs ermənilərin "kürkünə birə salan" nədir? Səbəb odur ki, erməni abidələri kimi təqdim edilən alban dini abidə və məbədlərindən ermənilərin qoyduğu saxta izləri aradan qaldırmaq üçün Azərbaycanda yerli və xarici ekspertlərdən ibarət “albanların tarixi və memarlığı üzrə ekspertlər işçi qrupu” yaradılıb. "Müqəddəs Eçmiədzin" tələm-tələsik Azərbaycanın bu addımını pisləməyə girişdi. Əlbəttə, bəllidir ki, saxta tarix və yalan üzərində qurulan "qədim erməni tarixi" mifinin yerlə-bir ediləcəyindən söhbət gedir. Bir neçə gün əvvəl isə erməni teleqram kanalları bir sakinin Xankəndi ətrafındakı meşədə guya ki, gəzinti əsnasında "təsadüfən" XII əsrə aid "erməni xaçkarı" tapdığını xəbər verdilər. Ermənilərin hələ sovet zamanında tarixi abidələri necə "öncə düzəldib-basdırıb sonra tapması" məlum idi. İndi ermənilərin tələsik "əl-ayağa" düşərək təsadüfən erməni xaçkarını tapması yalanşı tarixlərinin ifşa olacağı qorxusundan yaranır, amma özlərini daha dərin "biabırçılıq" quyusuna saldıqlarının fərqində deyillər. 
Azərbaycan tarixi abidələrlə bağlı məsələni YUNESKO-nun fevralın 4-dəki iclasında qaldırdı və Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın, Fransa Prezidenti Emmanuel Makronun və Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə YUNESKO-nun Azərbaycan və Ermənistandakı qiymətləndirmə missiyasının iki ölkəyə səfərilə bağlı razılıq əldə olundu. Heç kimə sirr deyil ki, Azərbaycanın tarixi torpaqlarında Ermənistan dövləti yarandıqdan sonra Azərbaycanın tarixi-mədəni irsini məqsədyönlü şəkildə məhv edilib. SSRİ-nin dağılması ərəfəsində yüz minlərlə azərbaycanlı öz ata-babalarından zorla deportasiya edilib. Deportasiyadan sonra irsimizin dağıdılma prosesi daha çox aktiv getdi ki, türk izi tam silinsin. Hazırkı Ermənistan əraaizisndə 300 məscid və 500-dən çox qəbristanlıq tam dağıdılıb. Ermənilərin dağıtdıqları mədəniyyət abidələrimiz saymaqla bitmir. Azərbaycan hələ 30 illik işğal müddətində YUNESKO-ya bu səpkidə müaricət etsə də səsimizə səs verilmədi, məhələ qoyulmadı. Yalnız 44 günlük müharibə hər şeyin axarını dəyişdiyi kimi bunu da dəyişdi. Ermənilərin dağıtdığı, oğurladığı mədəniyyət nümuələrimizə xalçalarımız da aiddir. 
Belə ki, fevralın 9-da erməni xalça kolleksioneri Vardan Astsatryana Şuşadan olan xalça ekspozisiyası üçün bir neçə muzey təklif olunması, lakin xalçaların qorunub saxlanmasında problemlər olduğu üçün təklif olunan variantlar ona uyğun gəlməməsi barədə xəbər verildi.  Xəbərdə bildirilir ki, Şuşa xalçaları üçün ən məşhur muzeylər təklif olunur. Üstəlik, bunu Ermənistan parlamentində respublikanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Ara Xzmalyan “Hayastan” blokundan deputat Elinar Vardanyanın sualını cavablandırarkən deyib.
Vardan Astsatryanın Şuşada qədim xalça kolleksiyası topladığı və 44 günlük müharibə zamanında bu xalçaların çoxunun çıxarıldığı bildirlir. Xalçalar Aleksandr Tamanyan adına muzey-memarlıq institutunda sərgilənsələr də, indi nazirlik xalçaları Ermənistanın Tarix muzayinə, Sardarapat-Sərdarabad abidə kompleksində "erməni etnoqrafik muzeyi"nə aparılmasını məsləhət görüblər. Adından da göründüyü kimi "Sardarapat" adının da erməni tarixinə nə qədər aid olduğu ortadadır. Şuşaya aid qədim xalçanın erməniçiliyə aid olmadığı haqda mübahisə belə yersizdir. Mütləq bu xalçalar araşdırılmalı, müsadirə edilərək tədqiq edilməli, xalça oğrularına qarşı rəsmi şəkildə iddia qaldırılmalı, tədbir görülməlidir.

Ülviyyə, Hirriyyet.az