📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qarabağ” Zəfər Günü ərəfəsində tarix yazdı - komandamız Avropa nəhənginə çevrilir

2021-11-06 13:14:00

“Qarabağ” Zəfər Günü ərəfəsində tarix yazdı - komandamız  Avropa nəhənginə çevrilir

Ağdam təmsilçimiz “Qarabağ” Avropanı fəth etməyə davam edir. Son olaraq, Konfrans Liqasında 4-cü oyununu keçirən klubumuz səfərdə “Kayrat”ı 2-1 hesabı ilə məğlub etdi. Bu qələbə Azərbaycan futbol tarixinə bir sıra ilklər yazdırdı.

Qrupun digər oyununda “Bazel”lə “Omoniya” heç-heçə etməklə “Qarabağ”ın qrupdan çıxmasını təmin ediblər. Bununla təmsilçimiz avrokuboklarda qruplardan çıxan ilk klub oldu. Eyni zamanda, “Qarabağ” yığdığı 10 xalla da tarix yazdı. Belə ki, indiyə qədər heç bir təmsilçimiz avrokuboklarda bu qədər xal yığmamışdı. Klubumuzun hələ xalını artırmaq imkanları qalır. Belə ki, noyabrın 25-də Bakıda “Qarabağ” “Omoniya”nı qəbul edəcək, daha sonra isə “Bazel”in qonağı olacaq. Təmsilçimiz “Bazel”lə mübarizədə birinci yeri qorusa, 1/8 finala, qrupdan ikinci yerlə çıxsa, pley-offa yüksələcək.

Avrokubokların qrup mərhələsinin IV turunun son oyun günündən sonra klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, ilk “100-lük”də Azərbaycanın yalnız bir klubu - “Qarabağ” yer alıb. “Kayrat” üzərindəki qələbə ilə klubumuz siyahıda 57-ci yerə yüksəlib. Qurban Qurbanovun yetirmələri “Makkabi” (Təl-Əviv), “Qalatasaray”, “Feyenoord”, “Alkmaar”, “Volfsburq”, “Hoffenhaym”, “Real Sosyedad”, “Lill”, “Borussiya” (Mönhenqladbax) kimi komandaları qabaqlayır.

Oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov açıqlama verib: “Şükürlər olsun, minimum vəzifənin öhdəsindən gəlməyi bacardıq. Çox sevincliyəm. Qələbə münasibəti ilə azarkeşlərimizi, bütün Azərbaycan xalqını təbrik edirəm. Bu, möhtəşəm dövlətimizin möhtəşəm zəfərinin yanında kiçik nailiyyətdir. Əsas odur ki torpaqlarımızı qaytardıq, xalq olaraq daha da gücləndik. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Onların etdiklərinin yanında bizim etdiyimiz cüzi bir şeydir. Ölkəmizin müstəqilliyindən bu yana belə uğur olmamışdı. Bu gün Allah bunu bizə nəsib edibsə, buna görə çox şadıq. Oyundan sonra futbolçularımın hər birini bağrıma basıb, təşəkkür etdim”.

Q.Qurbanov qrup liderliyini qorumaq şanslarının olub-olmadığı yönündə səslənən suallara da toxunub: “Bunun üçün çalışacağıq”.

İdman yazarı Natiq Muxtarlı futbolu bərbad olan bir ölkədə bu cür uğurlar əldə etməyin özünü möcüzə adlandırdı: “Belə olmalı deyil, əslində. Yəni ”Qarabağ" qrup lideri olmamalıdır. Artıq uzun illərdir ki, eyni situasiyadır. Avrokuboklara gedən digər klublar uğursuzluqla üzləşir (“Qəbələ”nin iki mövsüm qazandıqları istisna olmaqla), “Qarabağ” isə avrokubokların qrupunda oynayır. Bu il də “ənənə” davam etdi. Azərbaycan çempionu avrokuboklarda biabırçı nəticə göstərdi, “Qarabağ” isə növbəti dəfə qrupa düşdü. Bu “ənənə” həm də azarkeşlər arasında reallıqdan uzaq iddia formalaşdırır. Azarkeşin arzusunun sərhədi olmur axı. Azarkeşi Azərbaycan futbolundakı durum, bərbad idarəçilik qətiyyən maraqlandırmır, kim öndədirsə, ondan maksimumu tələb edir. Əslində cəmisi 8 komandanın iştirak etdiyi zəif Azərbaycan çempionatında çıxış edən komanda avrokubokların qrupunda olmamalıdır. Amma “Qarabağ” olur. Özü də 8 ildir dalbadal. Və azarkeşlər bu komandadan qrupdan çıxmağı tələb edirlər. “Qarabağ” bu tələbi reallaşdırmamalıdır, Azərbaycan çempionatının səviyyəsini nəzərə alsaq. Amma bunu da bacarır. Bundan sonra necə olacaq? Peşəkar analizi nəzərə alsaq, “bundan o tərəfə yol yoxdur” deməliyik. Azarkeş istəyi isə tələb edəcək: davam et. Və bu “Qarabağ”ın davam etmək şansı varmı? Əlbəttə var. Düşünürəm ki, İsveçrə klubu “Kayrat”la oyunda da xal itirəcək, “Qarabağ” isə öz meydanında “Omonia”ya qalib gəlsə, tarixi uğura nail olacağıq. Sonrası isə rəqiblərdən və komandanın yazdakı durumundan asılı olacaq. 1/8 finalda daha güclü rəqiblər olacağı şəksizdir.

Gəncliy”in günü » Kaspi.azAzərbaycanda özəl xəbərlər, araşdırmalar,  təhlillər və müsahibələrin tək ünvanı

Natiq Muxtarlı: “Qarabağ”ın indiyə qədər bu səviyyədə qalması...”

O rəqiblər Azərbaycan futbolunun səviyyəsindən qat-qat üstün olacaqlar. Amma “Qarabağ” da elə Azərbaycan çempionatının səviyyəsindən üstədir. “Qarabağ”ın indiyə qədər bu səviyyədə qalması Qurban Qurbanovun, məşqçilər heyətinin müstəsna əməyidir. 8 komandanın çıxış etdiyi çempionata səviyyəli legioner gətirmək çox çətindir. Onlar bu çətinliyi qismən də olsa, həll ediblər. Bunu “Qarabağ”ın legionerlərinin ustalıq səviyyəsi də sübut edir. O futbolçuları belə çempionatda saxlamaq lap çətindir. Onlar bunu da həll ediblər. Zubir kimi futbolçu Azərbaycan çempionatında yalnız və yalnız baş məşqçiyə aşırı hörmət naminə qalar. Üstəlik, futboldakı bərbad idarəetmə sistemi, idarəçilərlə mübarizə aparmaq çətindən də çətindir. Məsələn, əgər naşı, diletant idarəçilər legioner limitini ləğv etsəydilər, biz daha güclü “Qarabağ” görərdik. “Qarabağ”ın şanslarından danışarkən bütün bu amilləri nəzərə almalıyıq. Bu komandadan nə isə tələb edəndə, həm də Azərbaycan futbolunun reallığını da qəbul etməliyik. Yoxsa tələbimiz ədalətsiz olar. Ola bilsin ki, daha artığına nail olacaq “Qarabağ”, ola da bilər ki, qrupda ikinci pilləni tutacaq və mübarizəni 1/16 finalda dayandıracaq. Amma bütün hallarda, “Qarabağ”a elə bu nəticəyə görə təşəkkür etməliyik. Heç bir minnət qoymadan".

Tarixin ən sönük olimpiadası: Tokio-2020

Kənan Məstəliyev: “Qarabağ”ın 1/4 finala qədər irəliləyə biləcəyini düşünürəm”

İdman mütəxəssisi  Kənan Məstəliyev “Qarabağ”ın bundan sonrakı şanslarını belə dəyərləndirdi: “Həqiqətən, tarixi bir gecə yaşadıq. ”Qarabağ" soyuq Qazaxıstanda qazandığı isti qələbəylə bizi sevindirməyi və böyük uğura imza atmağı bacardı. Ancaq “iştah diş altındadır” deyiblər. Qələbədən heç 24 saat keçməyib, biz artıq daha çoxunu istəməyə başlamışıq. Bu da təbiidir, çünki Azərbaycan futbol azarkeşi belə nailiyyətlərə acdı. Həm də “Qarabağ”ın güclü oyunu da buna inamı artırır. Mən də ümidliyəm. Ancaq əvvəlcə “Qarabağ” qrupdan 1-ci çıxmağı bacarmalıdır. Buna böyük şans da var. Hətta cəmi bir tur sonra buna nail ola da bilərik. 1-ci olsaq, pley-offa 1/8 finaldan başlaya biləcəyik. Turnir şanslarına gəlincə, “Qarabağ”ın 1/4 finala qədər irəliləyə biləcəyini düşünürəm. Ondan sonrası artıq möcüzə kimi bir şeydir. Əslində xaraba qalmış Azərbaycan futbolu üçün “Qarabağ”ın qrupdan çıxması belə möcüzədir, ancaq yenə də ümidliyik".