📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qarabağ"a şad xəbər!

2024-02-29 19:45:01

Ötən gün "Qəbələ" ilə MPL oyununda (4:0) zədələnən "Qarabağ"ın futbolçusu Juninyonun son durumu bəlli olub.

Braziliyalı hücumçunun zədəsi ciddi deyil. Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. 

"Müayinədən sonra müəyyənləşdi ki, zədə o qədər də ciddi deyil, mikrozədədir. Yaxın vaxtlarda, yəni sabahdan etibarən məşqləri bərpa edəcək", klub rəsmisi qeyd edib. 

Xatırladaq ki, "Qarabağ" martın 3-də "Neftçi", 7-də isə "Bayer 04" komandası ilə qarşılaşacaq.  \\Offsideplus.az