📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qarabağ"Avstriyaya yola düşüb

2024-07-05 12:48:08

"Qarabağ" klubu təlim-məşq toplanışı üçün Avstriyaya yola düşüb.

Hurriyyet.az  xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisi toplanış çərçivəsində iyulun 9-da, saat 14.30-da "Kayzerslautern" (Almaniya), 20:00-da isə "Viktoriya" (Plzen, Çexiya) klubları ilə üz-üzə gələcək.

Qurban Qurbanovun komandasının Tirolda 4 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.