📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qarabağ"da ağır itki: 4 həftəlik sıradan çıxdı

2023-02-20 20:38:00

"Qarabağ" UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə cavab oyununa itki ilə çıxacaq. 

Hurriyyet.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Marko Yankoviç fevralın 23-də keçiriləcək cavab oyununu buraxacaq. Monteneqrolu yarımmüdafiəçinin sol baldır əzələsində 2-ci dərəcəli yırtılma aşkar edilib. 

Həkimlərin rəyinə əsasən, Marko Yankoviç zədə səbəbindən 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. 

Xatırladaq ki, “Qarabağ” “Gent”ə ilk oyunda 1:0 hesabıyla qalib gəlib.