📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağda daha iki erməni hərbçisi yaralandı

2022-08-09 15:18:00

Qarabağda daha iki erməni hərbçisi yaralandı

Avqustun 8-də Qarabağda iki erməni hərbçisi silahla (detonator) ehtiyatsız davranış nəticəsində yaralanıblar.

Hurriyyet.az erməni KİV-ə istinadən xəbər verir ki, xəsarət alan Qurgen Alekseyeviç Danielyan və Artur Yuryeviç Aruşanyanın vəziyyəti ağırdır. Hadisə ilə bağlı araşdırma aparılır.

"Bundan əvvəl Ermənistan Silahlı Qüvvələrinin sıralarında bir neçə oxşar insident qeydə alınıb" - "Novosti Armeniya" saytı yazır.