📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağda davam edən gərginlikdən narahatıq - Moskva

2023-09-14 16:22:56

Qarabağda davam edən gərginlikdən narahatıq - Moskva

Moskva “Dağlıq Qarabağ”da davam edən gərginlikdən narahatdır.

Hurriyyet.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bəzi sahələrdə gərginliyin səngiməməsindən, hətta artmağa meyilli olmasından narahatıq. Buna baxmayaraq, Rusiya təhlükəsizliyin etibarlı təminatçısı olaraq qalır. Biz həm İrəvan, həm də Bakı ilə əlaqələrimizi davam etdiririk. Hər iki tərəfi təmkin göstərməyə və iki il əvvəl imzalanmış üçtərəfli sənədlər əsasında hərəkət etməyə çağırırıq. Əlbəttə ki, bu o vaxtdan bəri ortaya çıxan yeni reallıqlar nəzərə alınaraq edilməlidir”, - Peskov bildirib./Axar.az/