📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qarabağda döyüşən muzdlular indi Ukraynadadır…” - Ermənistandan növbəti əsassız iddia

2022-06-03 12:23:00

“Qarabağda döyüşən muzdlular indi Ukraynadadır…” - Ermənistandan növbəti əsassız iddia

Qondarma rejimin seperatçı “dövlət naziri” Artak Beqlaryan qondarma Dağlıq Qarabağ Respublikasının hakimiyyətinin Qarabağda döyüş əməliyyatlarında iştirak etmiş silahlıların Ukraynaya köçürülə biləcəyinə inandığını deyib.

Hurriyyet.az xəbər verir ki, “Ria Novosti”yə müsahibə verən separatçıların başçısı bu gün Ukraynada həmin  terror qruplaşmalarının Rusiyaya qarşı vuruşması ehtimalının yüksək olduğunu  bildirib:

Bundan əvvəl isə o qeyd edib ki, “DQR” hakimiyyətində 5-7 min arası suriyalı və liviyalı yaraqlının Azərbaycanın tərəfində vuruşduğu, müharibədən sonra bir qisminin Azərbaycanın işğal etdiyi ərazilərdə qala biləcəyi barədə onlarda məlumat var.

"Onlar bura anti-xristian ideyaları ilə pul üçün döyüşməyə gəliblər. “DQR” hakimiyyətində bu terror qruplaşmalarının Suriyada Rusiya qoşunlarına qarşı vuruşması ilə bağlı dəlillər də var və onları Qarabağa cəlb edərkən də Rusiya əleyhinə şüarlardan istifadə olunub”,-deyə Beqlaryan əsassız iddia ilə çıxış edib.