📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağda erməni əsgəri öldü

2021-12-06 11:15:00

Qarabağda erməni əsgəri öldü

Qarabağdakı qanunsuz silahlı birləşmələrin əsgəri ölüb.

Hurriyyet.az bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, 5 dekabr, saat 21.20 radələrində Qor Eduardoviç Martirosyan aldığı güllə yarasından keçinib. Hadisə Rusiya sülhməramlıların müvəqqəti təsir zonasında olan erməni postlarının birində baş verib.

Son vaxtlar erməni silahlıları arasında silahla ehtiyatsız davranma və intihar halları artıb.