📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağda işləyənlərə müavinətlər bu qaydada ödəniləcək

2022-12-26 14:04:00

Qarabağda işləyənlərə müavinətlər bu qaydada ödəniləcək

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün növbəti ildə birdəfəlik müavinətlərin verilməsi mexanizmi hələ tam dəqiq deyil".

Hurriyyet.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Himalay Məmişov deyib.

O bildirib ki, nazirlik tərəfindən birdəfəlik müavinətlərin müraciətlər əsasında təyin edilməsi nəzərdə tutulur: "Mexanizm hazır olandan sonra prosesin proaktiv qaydada həyata keçirilməsinə çalışacağıq ki, qısa zamanda reallaşdırılmasına nail olaq".