📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağda nə qədər seçki məntəqəsi olacaq?

2024-08-15 12:03:44

Qarabağda nə qədər seçki məntəqəsi olacaq?

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar azad edilmiş ərazilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Hurriyyet.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məntəqələrdən 34-ü daimi, 20-si isə müvəqqəti, yəni beş günlük məntəqələr olacaq.