📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağda qanunsuz erməni birləşmələr məhv edildi - Video

2023-06-28 12:53:00

Qarabağda qanunsuz erməni birləşmələr məhv edildi - Video

Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin 4 üzvü məhv edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, Azərbaycan Ordusunun erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətindəki mövqelərinə endirdiyi zərbələr nəticəsində Armo Abqaryan, Samvel Torostan, Yervand Tadevostan və Qaqik Balayan öldürülüb.

Qeyd edək ki, iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutmuş, nəticədə hərbi qulluqçusu Əli Şükür oğlu Bəkirov yaralanmışdı. Ordumuz cavab tədbirləri görmüşdü./axar.az/