📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağda RSK-nın “çətiri” altında erməni quldur dəstələrinin aktivliyi davam edir - VİDEO

2023-08-12 11:47:00

Qarabağda RSK-nın “çətiri” altında erməni quldur dəstələrinin aktivliyi davam edir - VİDEO

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin “çətiri” altında erməni quldur dəstələrinin aktivliyi davam edir.

Bu barədə “Caliber.Az” “Telegram” kanalında məlumat verilib.

Bununla bağlı əldə edilən videogörüntülərdə avqustun 11-də Xankəndi-Kərkicahan-Xəlfəli yolunda Rusiya sülhməramlılarının zirehli maşınının müşayiəti ilə qanunsuz erməni silahlı dəstələrinin hərbi yük daşımaları qeydə alınıb.